logo

Paracüdoçularımız "Qran-Pri"də 2 gümüş medal qazanıblar

13:33 04-12-2023 | icon 1267
Paracüdoçularımız "Qran-Pri"də 2 gümüş medal qazanıblar

Azərbaycan paracüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə iki gümüş medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli həlledici raundda özbəkistanlı rəqibi Kemran Nurillayevə məğlub olaraq gümüş medalın sahibi olub.

Qadınlardan Şəhanə Hacıyeva (48 kiloqram) isə final görüşündə qazaxıstanlı Nautbek Akmarala uduzub və ikinci yeri tutub.

Qeyd edək ki, J2 kateqoriyasında mübarizə aparan hər iki idmançı 2021-ci ildə Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarının qalibi olub.