logo

Moskvada son 145 ilin ən güclü qarı yağıb

09:49 04-12-2023 | icon 1722
Moskvada son 145 ilin ən güclü qarı yağıb

Moskvada son 145 ilin ən güclü qarı yağıb.

YeniAvropa xəbər verir ki, “Oliver” siklonunun təsiri nəticəsində sutka ərzində Moskva və Moskva vilayətinə aylıq normanın üçdə biri qədər yağıntı düşüb. Bu gecə qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb.

Qarlı hava səbəbindən Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib.

Hidrometeoroloqlar xəbərdarlıq edir ki, güclü qardan sonra Moskvanı Sibir şaxtaları gözləyir. Dekabrın 6-dan həftə sonunadək 15-20 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.