logo

Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb

14:54 02-12-2023 | icon 1197
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb

Minifutbol üzrə Azərbaycan çempionatında 2023-2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov qurumun illik fəaliyyəti və ölkə təmsilçilərinin beynəlxalq yarışlardakı çıxışından danışıb.

Daha sonra federasiyanın icraçı direktoru Taleh Nəsibov ilin ən yaxşı minifutbolçusu adına layiq görülən Rəvan Kərimova mükafat təqdim edib. Baş katib Orxan Hüseynov isə komandalar və reqlament haqqında məlumat verib.

Beləliklə, 16 komandanın iştirak edəcəyi və dekabrın 5-də start veriləcək yarışın təqvimi bəlli olub. Çempionatda ilk 8 yeri tutan kollektivlər pley-of mərhələsinə vəsiqə qazanaraq qalib və mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasında keçiriləcək və “İdman TV” vasitəsilə canlı yayımlanacaq.