logo

Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb

11:44 02-12-2023 | icon 1834
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb

Almaniya Bundesliqasının XIII turunda bu gün "Bavariya" və "Union" komandaları arasında keçirilməli olan matç təxirə salınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, buna Münhendəki əlverişsiz hava şəraiti səbəb olub.

Güclü qar ilə əlaqədar şəhərdə metro, avtobus və tramvayların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qarşılaşmanın hansı tarixdə keçiriləcəyi isə hələlik bəlli deyil.

"Bavariya" - "Union" matçı bu gün Bakı vaxtı ilə saat 18:30-da baş tutmalı idi.