Dekabrın 1-nə olan məlumata görə , Azərbaycanda pul bazası 18 milyard 334,4 milyon manat təşkil edir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,4 % azdır.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 5 %, son 1 ildə isə 9,7 % artıb.