Dekabrın 4-18-də Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışı keçiriləcək.
YeniAvropa xəbər verir ki, “Paris-2024” Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.
Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Qadınlardan Nazilə İsmayılova (49 kiloqram), kişilərdən isə Ömər Cavadov (73 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar.