logo

"OPEC+" ölkələri I rübdə hasilatı 2,2 milyon barel azaldacaqlar

15:15 01-12-2023 | icon 1764
"OPEC+" ölkələri I rübdə hasilatı 2,2 milyon barel azaldacaqlar

"OPEC+" alyansına daxil olan bir neçə ölkə cümə axşamı elan edib ki, 2024-cü ilin birinci rübündə neft hasilatını könüllü olaraq sutkada cəmi 2,2 milyon barel həcmində azaltmağa razılaşıblar.

YeniAvropa  “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun OPEC+ kimi tanınan müttəfiqləri tərəfindən elan edilən əlavə könüllü ixtisarlar aşağıdakı həcmdə olacaq: Səudiyyə Ərəbistanı sutkada 1 milyon barel, İraq 223 min barel, Birləşmiş Ərəb Əmirlikləri 163 min barel, Küveyt 135 min barel, Qazaxıstan 82 000 barel, Əlcəzair 51 000 barel və Oman 42 000 barel.

Rusiya 2023-cü ilin may və iyun aylarının orta ixrac səviyyəsindən eyni dövr üçün ixracatı sutkada 500 min barel azaldacaq. Bunun 300 min bareli xam neft və 200 min bareli emal olunmuş neft məhsullarından ibarət olacaq.

Könüllü ixtisarlar gələn ilin yanvarından mart ayına kimi qüvvədə olacaq və “bazar sabitliyini dəstəkləmək üçün” bazar şərtlərinə uyğun olaraq, tədricən geri istiqamətdə artırılacaq. Bu ixtisarlar, həmçinin cümə axşamı günü OPEC və qeyri-OPEC Nazirlərinin 36-cı Toplantısında bir daha təsdiqlənmiş 2024-cü ilin sonuna qədər davam edəcək gündəlik 3,6 milyon barellik hazırkı kollektiv hasilatın azaldılmasına əlavə olacaq.

Kollektiv hasilatın azaldılmasına 2022-ci ilin oktyabrında həyata keçirilən gündəlik 2 milyon barel və may ayından bəri davam edən 1,6 milyon barel hasilat daxildir.