Qışın gəlişi ilə Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin başlanğıcına start verilib.
YeniAvropa xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə "Associated Press" agentliyinə müsahibəsində deyib.
“Qış fəsli yeni mərhələnin başlanğıcıdır. Silah çatışmazlığı səbəbindən istənilən nəticənin əldə edilmədiyi yay əks-hücumundan sonra soyuqlar döyüş əməliyyatlarında çətinliklər yaradacaq”, - deyə Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, istənilən nəticəyə tez bir zamanda nail olmaq mümkün deyil, lakin bu o demək deyil ki, “biz təslim olmalıyıq”.
Prezident, həmçinin qeyd edib ki, İsrailin Qəzzada müharibəyə başlaması Ukrayna ətrafında yaranan vəziyyəti kölgə altında qoya bilər.