"Bakcell"in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir
Ölkənin ən böyük özəl operatoru olan Bakcell “InMerge İnnovasiya Sammiti”nin “Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib.
30 noyabr - 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində “PAŞA Holdinq”in təşkilatçılığı, "Bakcell" şirkətinin aparıcı sponsorluğu ilə ilk günü geridə qoyub. İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan "Bakcell" artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Tədbirin ilk günü telekommunikasiya vertikalında "Bakcell"in Baş icraçı direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.
“Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq. Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik.” - deyə Klaus Müller bildirib.
Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib