logo

Xalq artisti Çingiz Sadıxov ABŞ-da vəfat etdi

11:03 31-12-2017 | icon 4158
Xalq artisti Çingiz Sadıxov ABŞ-da vəfat etdi
Ötən gün Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib. YeniAvropa bildirir ki, maestro Ç.Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

Çingiz Sadıxov Azərbaycanın əməkdar və xalq artisti fəxri adları ilə təltif olunub.

Qeyd edək ki,  istedadlı pianoçu 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.