logo

“Qarabağ”-“Molde” matçının start heyətləri açıqlanıb

22:12 30-11-2023 | icon 1057
“Qarabağ”-“Molde” matçının start heyətləri açıqlanıb

UEFA Avropa Liqasının V turunun Norveçdə keçiriləcək “Molde” - “Qarabağ” matçında iştirak edəcək heyətlər bəlli olub.

YeniAvropa xəbər verir ki, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Andrey Lunyov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir (k), Leandro Andrade və Olavio Juninyoya şans verib.

Baş məşqçisi Erlinq Moenin komandasının ilk “11”-liyində isə Oliver Petersen, Matias Lovik, Eyrik Haugen, Kasper Öyvann, Martin Ellinqsen, Kristoffer Haugen, Kristian Eriksen, Maqnus Qrödem, Emil Breyvik, Maqnus Volf Eykrem, Volon Berişa yer alıb.

"Aker" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.