logo

Azərbaycan FIFA reytinqində 114-cü pilləyə qalxıb

15:55 30-11-2023 | icon 1092
Azərbaycan FIFA reytinqində 114-cü pilləyə qalxıb

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa qurumun rəsmi saytına istinadla xəbər verir ki, ötən ay ilə müqayisədə Azərbaycan yığması 6 pillə irəliləyib. Hazırda baş məşqçisi olmayan millimiz 1174.22 xalla 114-cü pillədə qərarlaşıb.

Son dünya çempionu Argentina 1855,44 xalla reytinq cədvəlinə başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) isə üçüncü yeri tutub. Millinin rəqibi Belçika (1798,46) dördüncü sıraya yüksəldiyi halda, Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Qeyd edək ki, yığma “EURO-2024”ün seçmə mərhələsində F qrupunda 7 xalla 4-cü sıradadır.