Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, R.T.Ərdoğan Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında iştirak edəcək.
Rəcəb Tayyib Ərdoğanın tədbirdə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımlar haqqında çıxışı nəzərdə tutulub. Onun bəzi liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.