logo

İlin sonunadək ölkədə 100% yüksəksürətli internetlə təmin ediləcək-Nazir

12:52 30-11-2023 | icon 1792
İlin sonunadək ölkədə 100% yüksəksürətli internetlə təmin ediləcək-Nazir

Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə mərkəzə çevrilməsi üçün böyük işlər görür. Bu günlərdə Özbəkistan və Qazaxıstanın iştirakı ilə startaplar üçün bir sıra layihələr məhz Bakıda reallaşdı. Bizim xüsusilə Özbəkistanla innovasiyalar və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində sıx əməkdaşlığımız var.

YeniAvropa xəbər verir ki, bunu Bakıda keçirilən “InMerge Innovation Summit”in açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“İKT məhsullarının ixracı üzrə habla yanaşı, "outsorsing hub", innovasiya habı və biznes habı istiqamətində də tədbirlər görülməlidir. Adətən biznes habına əhalisi çox olan bir çox ölkələr çevrilir. Amma əhalisinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən Azərbaycana innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas komponenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Bu ilin sonuna qədər ölkədə 100 faiz yüksəksürətli internet təchizatını təmin edəcəyik. Həmçinin ali təhsil müəssisələri, investorlar və “mələk investor”larla onların sayının artırılması üçün danışıqlar aparırıq. Biz beynəlxalq şirkətlərə müraciət etmişik. Onların əsas tələbləri avtomobil yollarında təhlükəsizlikdir və bunun üçün çalışırıq. Azərbaycanda innovasiya ekosisteminin inkişafı sürətlə irəliləyir", - deyə nazir əlavə edib.