UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ” və İsveçin “Hekken” komandası arasında keçiriləcək VI tur oyununun biletləri satışa çıxarılıb.
Ağdam klubunun mətbuat xidmətindənYeniAvropa-ya verilən məlumata görə, biletlərin qiyməti, müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdır.
Biletləri "Iticket.az"ın satış məntəqələrindən, klubun Park Bulvardakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika Stadionunun, eləcə də Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.