Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda yerləşən “Çıraq” platformasında istismara veriləndən 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil olunub.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib.
AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağı Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 milyon ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1072 milyard ton proqnozlaşdırılıb.