logo

Taekvondoçularımız “Balkan Cup”dan 2 qızıl medalla dönürlər

11:33 28-11-2023 | icon 1365
Taekvondoçularımız “Balkan Cup”dan 2 qızıl medalla dönürlər

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşim Maqomedov (63 kiloqram) və Milad Beigi Harçeqani (+87 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Q. Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Taekvondoçu həlledici görüşdə italiyalı idmançı ilə də inamlı döyüşərək, qalib adına yiyələnib.

Dünya çempionu Milad Beigi Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.