logo

Roma papasında pnevmoniya aşkarlanmayıb

14:54 27-11-2023 | icon 1400
Roma papasında pnevmoniya aşkarlanmayıb

Vatikanda müalicə olunan Roma papası Fransisk antibiotik qəbul edir, lakin onda pnevmoniya aşkarlanmayıb.

YeniAvropa xəbər verir ki,  "Associated Press" agentliyi bu barədə Vatikanın nümayəndəsi Matteo Bruniyə istinadla məlumat yayıb.

“Papanın vəziyyəti qənaətbəxşdır, qızdırması yoxdur və tənəffüsü xeyli yaxşılaşıb”, - deyə Matteo Bruni bildirib. Onun sözlərinə görə, iltihab tənəffüs problemlərinə səbəb olub. Kompüter tomoqrafiyası pontifikin pnevmoniya olmadığını göstərib.

Vəziyyətinin yaxşılaşmasına baxmayaraq, Roma papası diqqətini müalicəyə yönəltmək üçün yaxın günlərə planlaşdırılan bir neçə tədbirinin vaxtını dəyişdirəcək.

Roma papası Fransisk qripə yoluxduğu üçün müayinə edilib. Gələn ay 87 yaşı tamam olacaq pontifik əvvəllər bir neçə əməliyyat keçirib.