AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.
YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsində Norveçdə "Budyo-Qlimt" və İsveçrə “Luqano”su arasında keçiriləcək V tur oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma noyabrın 30-da “Aspmüra” stadionunda oynanılacaq.