logo

Gəncədə 3 avtomobil yanıb

09:19 27-11-2023 | icon 4025
Gəncədə 3 avtomobil yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub. Yanğın zamanı dayanacaqda olan VAZ markalı iki minik avtomobili və bir “KamAz” yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, dayanacağın qalan hissəsi yanğından mühafizə olunub.