logo

Rusiyanın aeroportları dron təhlükəsi səbəbindən bağlanıb

09:09 26-11-2023 | icon 1512
Rusiyanın aeroportları dron təhlükəsi səbəbindən bağlanıb

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

YeniAvropa xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.