Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, dekabrın 1-də Kipr seçməsinin qonağı olacaq yığma dörd gün sonra Bakıda Farer adalarını qəbul edəcək.