logo

Bakıda 100 km məsafəyə ultramarafon təşkil olunub

14:44 24-11-2023 | icon 1288
Bakıda 100 km məsafəyə ultramarafon təşkil olunub

Bakıda Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə ultramarafon qaçışı təşkil olunub.

YeniAvropa xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində keçirilən 5 dairəni əhatə edən yarışa 50-yə yaxın iştirakçı qatılıb.

Gecə saat 03:00-da start götürən qaçışda 7:37.56 göstərici ilə Üzeyir Söylemez qalib olub. Ağa Əliyev isə ikinci yeri tutub.

Bu gün Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsində yarışın mükafatlandırma mərasimi baş tutacaq. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Avropa Atletika Asossiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.