logo

UNESCO-nun baş konfransı ilk dəfə Parisdən kənarda keçiriləcək

12:32 23-11-2023 | icon 1792
UNESCO-nun baş konfransı ilk dəfə Parisdən kənarda keçiriləcək

UNESCO-nun baş konfransının Parisdə keçirilən 42-ci sessiyasında növbəti sessiyanın 2025-ci ildə Səmərqənd şəhərində təşkili rəsmən təsdiq edilib.

YeniAvropa xəbər verir ki, beləliklə, UNESCO-nun baş konfransı 40 il ərzində ilk dəfə Parisdən kənarda keçiriləcək. Fransanın paytaxtında baş tutan 42-ci sessiyada 2025-ci ildə 43-cü sessiyanın Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi təklifi dəstəklənib və müvafiq qərar qəbul olunub.

Tədbir Parisdən kənarda sonuncu dəfə 1985-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilib.

Qeyd edək ki, 1945-ci ilin noyabrında əsası qoyulan və baş qərargahı Parisdə yerləşən UNESCO BMT-nin təhsil, elm, mədəniyyət və Ümumdünya İrs Siyahısına daxil olan obyektlər üzrə ixtisaslaşmış qurumudur. Təşkilata 193 dövlət üzvdür.