Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda rəqib Litva seçməsi olacaq. Görüş Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Ötən gün Estoniya ilə qarşılaşan milli komanda 0:3 hesabı ilə məğlub olub. Noyabrın 26-dək davam edəcək çempionatda Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv Gürcüstan və Polşa komandalarına qarşı da mübarizə aparacaq.
“Avro-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.