SOCAR hazırda keçid prosesindədir-Müşavir
Azərbaycan bərpa olunan enerji sahəsində çox yaxşı mövqe tutub.
YeniAvropa xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidentinin müşaviri Mustafa Qurbanlı Xəzər Texniki Konfransı və Sərgisində (SPE Caspian Technical Conference and Exhibition) deyib.
“Azərbaycan bərpa olunan enerji sahəsində çox yaxşı mövqedədir, lakin indi əsas sual Azərbaycanın və ən böyük neft-qaz şirkəti kimi SOCAR-ın nöqteyi-nəzərindən harada olduğumuzdur. Azərbaycan hökuməti 2030-cu ilə qədər istixana qazlarının tullantılarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı öhdəsinə götürüb. Bundan başqa, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının 30 faiz artırılması ilə bağlı strateji qərar qəbul edib. Bu, Azərbaycan hökumətinin qəbul etdiyi çox mühüm qərardır və SOCAR regionun ən böyük şirkətlərindən biri kimi Azərbaycan hökumətinin qərarının sürətini izləyir”, - deyə Mustafa Qurbanlı vurğulayıb.
Onun sözlərinə görə, cari məqsədlərə nail olmaq üçün SOCAR üç istiqamətə diqqət yetirir: “Bizim üç əsas istiqamətimiz dekarbonizasiyadır. Fəaliyyət göstərdiyimiz bütün sahələrdə, bütün əməliyyatlarımızda hərtərəfli dekarbonizasiya proqramını həyata keçiririk. Bundan əlavə, biz yeni biznes növlərinə sərmayə qoyuruq. İkincisi, SOCAR bərpa olunan enerji mənbələri sahəsində aparıcı şirkətlərlə əməkdaşlıq edir və külək, günəş, hidrogen və karbondan istifadə kimi yeni biznes sahələri yaratmağa çalışır. Üçüncüsü, təşkilati dəyişikliklər gedir. SOCAR hazırda keçid, strukturunun dəyişdirilməsi və inteqrasiya olunmuş idarəetmə sisteminin optimallaşdırılması prosesindədir. Kompleks idarəetmə sistemi yaradırıq. Enerji səmərəliliyimizi və bu sahədəki proqramlarımızı inkişaf etdirəcəyik. Strategiyamızda seçdiyimiz sahələr bunlardır: dekarbonizasiya proqramları, bərpa olunan enerjiyə sərmayə, hidrogen infrastrukturu, elektrikləşdirmə və transformasiya proqramları. Enerji keçidinə nail olmaqda bizə bütün qabaqcıl texnologiyalar kömək edəcək”, - deyə o əlavə edib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib