“Azərkosmos” Braziliya Kosmik Agentliyi ilə Memorandum imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Kosmik Agentlik (Azərkosmos) və Braziliya Kosmik Agentliyi arasında kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Azərkosmos”dan YeniAvropa-ya bildirilib ki, sənəd iki ölkə arasında kosmik elm, texnologiya və tətbiq sahələrinə dair əməkdaşlığı nəzərdə tutur və kosmik sahədə gələcək əməkdaşlıq üçün çərçivə yaratmaqda alət rolunu oynayacaq.
Memorandum çərçivəsində tərəflər kənd təsərrüfatı, su ehtiyatları, şəhər və regional planlaşdırma, ətraf mühitin qiymətləndirilməsi, torpaq örtüyünün xəritəsi, fəlakətlərin monitorinqi, təbii ehtiyatların xəritələşdirilməsi, dəniz və yerüstü monitorinqi, geoməkan sistemləri, yerüstü peyk stansiyalarında kommunikasiyaya aid peyk görüntülərinin emalının nəticəsi olaraq, hər iki ölkədə sosial-iqtisadi inkişafı dəstəkləmək istiqamətlərini genişləndirəcək. Həmçinin kosmik elm, texnologiyalar və tətbiqlər sahələrində hər iki ölkənin peşəkarları üçün akademik və təlim imkanları araşdırılacaq.
“Azərkosmos”un sədri Saməddin Əsədov kosmos sahəsində Braziliya ilə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, bu Memorandum və daha sıx tərəfdaşlıq nəticəsində Azərbaycanın kosmik sənayesi inkişaf etdiriləcək və kosmosla bağlı fəaliyyət genişləndiriləcək.
Braziliya Kosmik Agentliyinin rəhbəri Marko Antonio Şamon bildirib ki, Azərbaycanın kosmik sektorda böyük potensialı var və ondan müxtəlif sahələrin, o cümlədən elmi tədqiqatlar, texnoloji innovasiyalar, təhsil və iqtisadiyyatın inkişafı üçün uğurla istifadə edilə bilər.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib