Bu dəqiqələrdə Budapeştin “Groupama” stadionunun konfrans zalında Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın daxil olduğu “Yaşıl dəhliz”in iştirakçı dövlətlərinin nümayəndələrinin dördüncü görüşü başlayır.
YeniAvropa xəbər verir ki, görüş energetika nazirləri və ya energetika sektoruna məsul olan profil idarələrinin rəhbərləri səviyyəsində keçirilir.
Görüşdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı, Bolqarıstanı, Rumıniya və Macarıstanı müvafiq olaraq bu ölkələrin energetika nazirləri Levan Davitaşvili, İva Petrova, Sebastyan Burduja və Peter Siyarto təmsil edirlər.
Tədbirin əvvəlində nazirlər bugünkü iclasın protokolunu imzalayacaq, görüşün sonunda isə iştirakçıların mətbuat konfransı keçiriləcək.