logo

AFFA baş məşqçi Canni De Byazi ilə bağlı fövqəladə iclas keçirəcək

14:54 21-11-2023 | icon 3962
AFFA baş məşqçi Canni De Byazi ilə bağlı fövqəladə iclas keçirəcək

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də qurumun inzibati binasında təşkil olunacaq yığıncaq saat 10:00-da başlayacaq.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.