logo

"ACE" platformasında ilk hasilat quyusunun qazılmasının vaxtı açıqlanıb

13:53 21-11-2023 | icon 2436
"ACE" platformasında ilk hasilat quyusunun qazılmasının vaxtı açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk hasilat quyusunun qazılmasına bu ilin noyabrında başlanılacaq.

YeniAvropa xəbər verir ki, bu sözləri "BP" şirkətinin maliyyə məsələləri üzrə regional vitse-prezidenti Colin Alan “SPE Caspian Technical Conference and Exhibition” tədbirində deyib.

O bildirib ki, hazırda "ACE" layihəsi üzrə işlər davam etdirilir və yaxın günlərdə ilk kəşfiyyat quyusunun qazılmasına başlanılacaq.

“ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır”, - deyə Colin Alan əlavə edib.