logo

AFFA rəsmisi "Beşiktaş" - “Brügge” oyununa təyinat alıb

11:11 21-11-2023 | icon 1225
AFFA rəsmisi "Beşiktaş" - “Brügge” oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

YeniAvropa  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Beşiktaş" və Belçikanın “Brügge” klubları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru qismində çalışacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.