AFFA baş məşqçi Canni De Byazini cəzalandıracaq?
AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “EURO-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək.
YeniAvropa xəbər verir ki, bu barədə milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib: “Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələyə ilə bağlı ciddi tədbir görüləcək”.
Canni De Byazinin milli komandadakı gələcəyinə də toxunan AFFA rəsmisi müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı çox ciddi müzakirəyə ehtiyac olduğunu vurğulayıb: “Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. İcraiyyə Komitəsinin bununla bağlı verəcəyi qərarı gözləyəcəyik”.
Yığmanın Belçikaya 0:5 hesablı məğlubiyyətini də şərh edən V. Sadıqov komandanın seçmə mərhələdə ən zəif oyununu keçirdiyini söyləyib: “Qəbul etmək lazımdır ki, komandamız Belçika kimi güclü rəqiblə oynamağa fiziki və psixoloji cəhətdən hazır deyildi. Amma futbolçuların hər matçda zəif çıxış etdiyini söyləmək də düzgün deyil. Məsələn, İsveçlə oyunda 3:0 hesabı ilə qalib gəldiyimizi də unutmamaq lazımdır. Təəssüf ki, eyni performansı Belçika komandası ilə matçda göstərə bilmədik”.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb