logo

Şahmat yığmamız Avropa çempionluğunun bir addımlığında

10:50 20-11-2023 | icon 1694
Şahmat yığmamız Avropa çempionluğunun bir addımlığında

Bu gün Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatına yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, yarışın son günündə Azərbaycanın qadın şahmatçılardan ibarət millisi Serbiya ilə qarşılaşacaq.

Hazırda 13 xalla ikinci pillədə qərarlaşan yığma son turda qələbə qazansa, qitə çempionu ola bilər. Lakin bunun üçün həm də lider Bolqarıstan (14 xal) Gürcüstana uduzmalıdır. Azərbaycan komandası öz oyununu qələbə ilə başa vursa, ən pis halda gümüş medallara sahib çıxacaq.

Azərbaycanın kişi şahmatçıları isə son turda İtaliya yığması ilə üz-üzə gələcək. Səkkiz turdan sonra 8 xalla 20-ci sırada yer alan komandamızın medal şansı qalmayıb.