Xətai rayonunda ev yanıb
Paytaxtın Xətai rayonunun NZS qəsəbəsində ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus fərdi yaşayış evində baş vermiş yanğının genişlənərək bitişik evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğının genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 88m² olan birmərtəbəli üçotaqlı evin bir otağı və mətbəxinin yanar konstruksiyaları 30m² sahədə, dam örtüyü 20m² sahədə və ona bitişik ümumi sahəsi 100m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün taxta atmaları 2m² sahədə yanıb.
Evlərin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.
Yanğın zamanı bir nəfər vətəndaş xəsarət alıb.
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır
Ceyranbatanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb
UEFA Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat alıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb