Çin-Azərbaycan iqtisadi əlaqələri konfransda müzakirə olunub
Çinin Sian şəhərində davam edən 7-ci İpək Yolu Beynəlxalq Sərgisi çərçivəsində Çin (Şansi)-Azərbaycan iqtisadiyyat, ticarət, mədəniyyət və turizm təşviqatı konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, Çinin Şansi vilayəti hökumətinin və Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə vilayətin dövlət qurumlarının, özəl sektorun, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Şansi vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini xanım Li Siaoin məhz Şansi vilayətindən başlayan tarixi İpək yolunun əsrlər boyunca Çin ilə Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələr arasında təkcə ticari əlaqələrin deyil, həm də xalqlarımızın dostluğunun formalaşmasında mühüm rol oynadığını bildirib, bu il 10-cu ildönümü olan “Kəmər və yol” təşəbbüsünün iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi üçün vacib rol oynadığını deyib. O, “Kəmər və yol” təşəbbüsünün icrasında Çin ilə Azərbaycanın birgə çalışdığını, dövlət başçıları Si Cinpin və İlham Əliyevin ötən il Səmərqənd görüşündə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsi ilə bağlı razılıq əldə etdiklərini xatırladıb.
Li Siaoin Şansi vilayətinin Azərbaycanla yaxşı əməkdaşlığının olduğunu vurğulayıb, Sianda keçirilən İpək Yolu Beynəlxalq Sərgisindəki milli stendin Azərbaycanın iqtisadi imkanlarının, turizm potensialının, mədəni zənginliyinin nümayiş olunması baxımından əhəmiyyətini vurğulayıb.
Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri nəticəsində münasibətlərimizin dinamik, hərtərəfli inkişaf dövrünü yaşadığını və keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Səfir qeyd edib ki, dövlət başçılarımız Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki sammiti çərçivəsində keçirdikləri son görüş zamanı iqtisadi əməkdaşlığın diversifikasiyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıq veriblər. Hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirilir. Ötən il Azərbaycan-Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artaraq, təxminən 2,2 milyard ABŞ dolları təşkil edib. Bu müsbət dinamika bu il də davam edir və ilin 9 ayında qarşılıqlı ticarətin həcmi təxminən 50 artıb.
Azərbaycanın Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan B.Hüseynov, enerji sahəsinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın mühüm komponenti olduğunu, Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və texnologiyasının Azərbaycan üçün maraq kəsb etdiyini bildirib.
Nəqliyyat-tranzit sahəsinin əməkdaşlığımızın əsas istiqamətlərindən olduğunu deyən diplomat, Azərbaycandan keçən nəqliyyat arteriyalarının, yaradılmış müasir infrastrukturun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələrin Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırdığını diqqətə çatdırıb. Çinin tranzit operatorlarının və logistika şirkətlərinin "Orta dəhliz”ə marağı getdikcə artır. Bu xüsusda blok qatarlarının formalaşdırılması, logistika məlumatlarının mübadiləsi və yüklərin yerləşdirilməsi sahəsində əməkdaşlığı vacibliyi vurğulanıb.
Ölkələrimizin mədəni-humanitar sahələrdəki qarşılıqlı fəaliyyətinin böyük potensiala malik olduğunu bildirən səfir, tələbə və mədəni mübadilənin, müxtəlif sahələri təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin humanitar istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət etdiyini, xalqlararası ünsiyyət üçün əlverişli şərait yaratdığını söyləyib.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi və ticarət potensialı, biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Kəmər və yol” təşəbbüsünün icrasındakı rolu barədə təqdimat edib. O, siyasi və iqtisadi sabitliyin təmin olunduğu Azərbaycanda Çin şirkətləri üçün iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatında cəlbedici imkanların olduğunu bildirib. Həmçinin 30 illik işğal dövründə böyük dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində aparılan işlərdən danışıb, bu prosesdə dost ölkələrin, o cümlədən Çin şirkətlərinin fəal iştirakının arzu olunduğunu deyib, işğaldan azad olunan bölgələrdə yaradılan sənaye parklarında və iqtisadi zonalarda təklif olunan əlverişli şərtlərdən danışıb.
Tədbirdə Şansi vilayətinin iqtisadiyyatına, xarici ticarət əlaqələrinə, mədəniyyət sahəsinə aid təqdimatlar olub. Ticarət nümayəndəliyinin əməkdaşı İxtiyar Atalızadə Azərbaycanın turizm potensialına dair geniş təqdimat edib, son illər Azərbaycanda turizm sektorunda böyük inkişafın müşahidə olunduğunu, nəticədə mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı ilə ölkəmizin dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrildiyini deyib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib