“Türk Hava Yolları” aviaşirkəti gözlənilən əlverişsiz hava şəraiti səbəbindən noyabrın 18-də İstanbul hava limaninda nəzərdə tutulan 40 reysi təxirə salıb.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin media müşavirliyi məlumat yayıb.
Sərnişinlərə THY-nin internet saytındakı “uçuş vəziyyəti sorğusu” bölməsindən uçuşların vaxtını izləmələri barədə xəbərdarlıq edilib.