logo

HƏMAS-la İsrail üçgünlük atəşkəs barədə razılığa gəliblər

15:55 17-11-2023 | icon 2198
HƏMAS-la İsrail üçgünlük atəşkəs barədə razılığa gəliblər

Fələstinin HƏMAS hərəkatı və İsrail hakimiyyəti Qəzza sektorunda üçgünlük atəşkəs barədə razılığa gəliblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, münaqişə tərəfləri arasında əldə olunan razılaşmaya əsasən İsrail Fələstin eksklavına BMT-nin nəzarəti altında məhdud həcmdə yanacaq tədarükünə imkan verəcək.

Həmçinin HƏMAS hərəkatı ilə İsrail Qəzzada saxlanılan 50 girovun yəhudi dövlətinin həbsxanalarında saxlanılan 50 fələstinli qadın və uşaqla dəyişdirilməsi barədə razılıq əldə edib.

Razılaşmanın qüvvəyə minəcəyi tarix barədə məlumat verilmir.