logo

Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır

13:13 17-11-2023 | icon 1757
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır

Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatının birinci günündə Azərbaycanın 9 cüdoçusu tatamiyə çıxacaq.

YeniAvropa xəbər verir ki,ilk olaraq qızlar və oğlanlar arasında 7 çəki dərəcəsində 9 idmançı mübarizəyə başlayacaq.

Qadınlar arasında Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Aytac Qardaşxanlı (63 kiloqram) medal qazanmağa çalışacaqlar.

Oğlanların mübarizəsində isə Məhəmməd Musayev (60 kiloqram), Aydın Rzayev və Qasım Vəlizadə (hər ikisi 66 kiloqram), Qadir Hüseynov və Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram) güclərini sınayacaqlar.

Qeyd edək ki, millimiz noyabrın 19-u yekunlaşacaq turnirdə 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunur.