logo

Prezident İvanovka Mədəniyyət Sarayının təmirinə 2,5 milyon manat ayırıb

19:26 10-09-2018 | icon 5432
Prezident İvanovka Mədəniyyət Sarayının təmirinə 2,5 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 10-da “İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.