logo

Mingəçevirdə 6 uşaqda kəskin virus hepatiti aşkarlanıb

10:50 17-11-2023 | icon 5096
Mingəçevirdə 6 uşaqda kəskin virus hepatiti aşkarlanıb

Mingəçevirdə 6 uşaqda dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) YeniAvropa-ya bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Uşaqlar Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.

Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.