logo

Belçika-Azərbaycan oyununun hakimləri açıqlanıb

14:54 16-11-2023 | icon 1211
Belçika-Azərbaycan oyununun hakimləri açıqlanıb

AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

YeniAvropa UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Matçı Gerqo Boqar idarə edəcək. Onun köməkçiləri Teodoros Georgi və Balaş Salai olacaqlar. Dördüncü hakim funksiyasını isə Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da “Kral Boduin” stadionunda keçiriləcək Belçika-Azərbaycan- qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.