logo

Almaniyada keçiriləcək "EURO-2024"ün rəsmi topu təqdim olunub

15:55 15-11-2023 | icon 1141
Almaniyada keçiriləcək "EURO-2024"ün rəsmi topu təqdim olunub

Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub.

YeniAvropa UEFA-nın saytına istinadən xəbər verir ki, qitə çempionatının oyunları zamanı istifadə ediləcək top “Fussballliebe” adlanır.

Alman dilindən tərcümədə "Futbol sevgisi" mənasını verən top hərəkətin hər bir elementi ilə bağlı məlumat verən və hakimlərin qərarvermə prosesini asanlaşdıran “Connected Ball” texnologiyası ilə təchiz olunub. Top maksimum sürətli və dəqiq oyuna imkan verir.

“Fussballliebe”nin dizaynı topun hərəkətini və oyunun enerjisini əks etdirir. Qırmızı, mavi, yaşıl və narıncı rənglərin istifadəsi həm iştirakçı ölkələrin turnirə gətirdiyi canlılığı, həm də bütün dünyada azarkeşlərin böyük sevgisini qazanan futbolun sadəliyini göstərir.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qitə birinciliyində 24 komanda mübarizə aparacaq.