Bakıda fındıqçılığın inkişafına həsr olunmuş beynəlxalq konfrans keçirilib
Bakıda “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılması innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə birgə icra etdiyi “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində təşkil olunub.
YeniAvropa xəbər verir ki, konfransın məqsədi fındıqçılıq sektorunda qlobal təcrübələri bölüşmək, yenilikləri araşdırmaq və maraqlı tərəfləri bir araya gətirərək bir platforma təqdim etmək olmuşdur. Bu konfransda təqdim olunan fikirlər və əldə edilmiş nəticələr fındıqçılıq sektorunun mümkün inkişafı üçün vacib bir təməl olacağı əsas hədəflər sırasındadır.
Keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının, həmçinin beynəlxalq və özəl sektorun nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər də iştirak ediblər.
Hibrid formatda keçirilən tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli aqrar inkişaf sahəsində dövlətin dəstəyini bildirərək bunun “bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmasını” vurğulayıb. Bundan sonra illər üzrə müqayisəli təhlildən danışan A.Cəfərli “2022-ci ildə fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2.5 dəfə, 2021-ci ilə nisbətən 1.4 faiz artıb” deyə bildirib. O, FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş fəaliyyətləri vurğulayaraq, “aqrar siyasətin qarşıya qoyduğu məqsədlərin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliyini” qeyd edib.
FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev çıxış edərək təşkilatın Azərbaycandakı fəaliyyətinə - ərzaq təhlükəsizliyinin təmin edilməsi, dayanıqlı kənd təsərrüfatı və ərzaq sistemlərinin inkişafı və digər sahələrə toxunaraq, hökumətlə əməkdaşlıqdan söz açıb. “Fındıq məhsulunun ixracyönümlü və ölkə iqtisadiyyatına əsas gəlir gətirən mənbələrindəndir”, deyən B.Mehdiyev, fındıq istehsalının effektivliyini artırmaq və istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün layihənin başlanmasının KTN ilə 2020-ci ildə qərarlaşdırıldığını xatırladıb. Aflatoksin maddəsinin fındığın tərkibindən çıxarılmaqla keyfiyyətinin dünya bazarı tələbatına uyğunlaşdırılması və dron və peyk vasitəsilə fındıq bağlarının xəritəsinin hazırlanması və başqa uğurların layihə çərçivəsində əldə olunmasını qeyd edib. 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sahəsinə əhəmiyyətli dərəcədə yer verilməsini bildirərək, Azad Cəfərlinin nitqində bildirdiyi nailiyyətlərə söykənərək, KTN-in əldə etdiyi uğurlardan FAO-nun da məmnun olduğunu vurğulayıb.
Dünyada fındıq bazarında baş verən cərəyanlardan söz açan məruzəçi mütəxəssislər fındıq sektorunun inkişafının ölkə iqtisadiyyatındakı əhəmiyyətindən, bu yolda mövcud olan maneələrdən söz açaraq təqdimatlarla çıxış ediblər.
Üçhissəli panel müzakirələrdən ibarət olan tədbirin ilk panel müzakirəsində “Fındıq istehsalı sektorunda təhlükələr və imkanlar, Azərbaycan nümunəsi”, ikinci panel müzakirədə “Dəyər zənciri üzrə innovasiyalar”, ən son panel müzakirəsində isə “Rəqabətli sektor üçün xidmətlərin göstərilməsi” barədə müzakirələr aparılaraq, tərəfdaşlar arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri barədə danışılıb və fındıq sektorunun inkişafı ilə bağlı bir sıra məsələlərə toxunulub. Panel müzakirələrin sonunda FAO və KTN nümayəndələri yekun qeydlərini açıqlayıb və növbəti addımlar barədə məlumat veriblər.
Konfransdan sonra xarici qonaqlara İçərişəhər turu təşkil olunub.
Qeyd edilib ki, HAZER layihəsinin icrası Azərbaycanda fındıqçılıq sektoruna dəstək olmaqla, bu sahənin beynəlxalq arenada Azərbaycanın fındıq məhsuluna olan diqqəti hədəf etməklə yerli dövlət qurumlarının dəstəyinə ehtiyacı bir daha önə çəkib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib