logo

Azərbaycanla Koreya İKT sahəsi üzrə yeni qrant sazişi imzalayıb

09:49 15-11-2023 | icon 1344
Azərbaycanla Koreya İKT sahəsi üzrə yeni qrant sazişi imzalayıb

Koreya Hökuməti tərəfindən alınmış İT sahəsinə aid avadanlıqlarla bağlı Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elektron Təhlükəsizlik Xidməti arasında müvafiq protokol imzalanıb.

YeniAvropa Elektron Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, protokolun imzalanması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında rəqəmsal texnologiyalar üzrə avadanlıqların alınmasına dair həyata keçirilmiş “Kiçik miqyaslı ODA” adlı qrant layihəsi çərçivəsində həyata keçirilib.