logo

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat olacaq

18:38 14-11-2023 | icon 1253
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat olacaq

2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.

YeniAvropa xəbər verir ki, sənəd Milli Məclisin 2024-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.