logo

Böyük Britaniya kralı 75 yaşını qeyd edir

16:16 14-11-2023 | icon 2142
Böyük Britaniya kralı 75 yaşını qeyd edir

Noyabrın 14-də Böyük Britaniya kralı III Çarlzın 75 yaşı tamam olur. O, ad gününü həyat yoldaşı Kraliça Kamilla ilə birgə müxtəlif xeyriyyə təşkilatlarına baş çəkərək qeyd edir.

YeniAvropa xəbər verir ki, axşam saatlarında bütün Britaniya ərazisində kralın şərəfinə təntənəli atəşfəşanlıq təşkil olunacaq.

Çarlz ad günü mərasimini Kral ailəsinin və yaxın dostlarının ətrafında şam yeməyi ilə başa vuracaq. Mediada yayılan xəbərlərə görə, şahzadə Harri və həyat yoldaşı Meqan Markl mərasimə qatılmasalar da, Kralı telefonla təbrik edəcəklər.