Azərbaycanın FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, "EURO-2024"ün seçmə mərhələsində Helsinkidə Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunun baş hakimi olacaq.
Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də Helsinki Olimpiya Stadionunda oynanılacaq.