Azərbaycan və Koreya şirkətləri alüminium sənayesi sahəsində əməkdaşlıq edəcəklər
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən fəaliyyət sahələri üzrə dəyər zəncirinin inkişaf etdirilməsi, rəqabətədayanıqlı məhsulların istehsalı, portfelin şaxələndirilməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq xarici şirkətlərlə, xüsusilə də investorlarla görüşlər keçirilir, yeni əməkdaşlığın qurulması istiqamətində işlər aparılır. Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin Bakı ofisi Azərbaycan və Koreya arasında ticari əlaqələri təşviq edir və Koreya şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırmalarına dəstək olur. Bu istiqamətdə Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin Bakı ofisinin dəstəyi ilə Koreya Respublikasının “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti Azərbaycan bazarına daxil olub.
ASC-dən YeniAvropa-ya bildirilib ki, bu əməkdaşlıq nəticəsində Koreyanın “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin rəhbər heyəti arasında görüş keçirilib. Görüş zamanı hər iki tərəf təmsil etdikləri qurumlar haqqında ətraflı məlumat verib, alüminium sənayesinin inkişafı üzrə əməkdaşlıq perspektivləri və birgə layihələrin icrası ilə bağlı müzakirələr aparıblar. Görüşdə “Azəralüminium” MMC və “Institute for Advanced Engineering” arasında alüminium ərintilərinin istehsalı, tədqiqat mərkəzlərinin yaradılması və digər əməkdaşlıq sahələrini əhatə edən anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, “Institute for Advanced Engineering” Koreyanın istehsal texnologiyaları üzrə elmi araşdırmalar aparan önəmli təşkilatlarından biridir. Alüminium materialların, əsasən də alüminium ərintilərinin xüsusi növlərinin istehsalı üzrə ixtisaslaşan “Lemon Metal Inc.” şirkəti “Nedec Co.Ltd” şirkətinin tərkibindədir və avtomobil, enerji, telekommunikasiya, informasiya texnologiyaları üzrə sənaye sahələrinə qlobal səviyyədə məhsullar təqdim edir.
Görüşün sonunda noyabrın 14-də nümayəndə heyətinin Gəncə Alüminium Kompleksinə səfəri və burada istehsal prosesi ilə tanış olması da razılaşdırılıb.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib