Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
YeniAvropa xəbər verir ki, 70-ə yaxın ölkədən 171 kişi, 139 qadın olmaqla 310 atletin iştirak edəcəyi turnirə Azərbaycan yığma komandasının bir üzvü də qatılacaq. Ölkəni 109 kiloqram çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.
Qeyd edək ki, turnir noyabrın 15-23-də baş tutacaq.