Saatlı rayonunda bədbəxt hadisə zamanı 53 yaşlı kişi ağır xəsarət alıb.
YeniAvropa xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Zeynalov Tofiq Əliheydər oğlunun üzərini ağac aşıb.
Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.